"Ailə qurmamışdan əvvəl qaşlarım çox nazik idi. Hətta elə bilirdilər ki..."


Şou-biznes 13 Yan 2020 12:09:00 156 0

"Ailə qurmamışdan əvvəl qaşlarım çox nazik idi. Hətta elə bilirdilər ki..."

Bu fotonu tələbəm Müzəffər gizli çəkərək mənə göndərib. Siz necə dəyərləndirəcəksiz, bilmirəm. Amma mənə o qədər təsir etdi ki, sözə çevirə bilmirəm. Mən uşaq vaxtı yaşadığım 8 nömrəli internat məktəbində bir müəllimə var idi. Ondan çox qorxurduq. Qadın bizdə "iclas" sözünü fobiya etmişdi. Hələ də məni kimsə iclasa çağıranda elə bilirəm ki, kimlərsə, yaxud mən çox pis danlanacam.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. O, şagirdi ilə fotosunu paylaşaraq başına gələn maraqlı hadisədən söz açıb:

"Çünki uşaqlarımızın hamısını söyürdü, yaxud özünə məxsus bir formada qarğış edirdi. O vaxt sözlərinin mənasını anlamırdıq. Görəsən, biz necə dözmüşük? Deməli, belə çıxır ki, o vaxt uşaqlar dözümlü olub. İradələri zəif olmayıb, hə?

Ailə qurmamışdan əvvəl qaşlarım çox nazik idi. Hətta yaxından görməyənlər elə bilirdi ki, qaşlarımı almışam. Bir gün həmin o tərbiyəçi yanında bir müəllim yoldaşı ilə məni otağa apardılar. Üzümü pəncərənin önünə tərəf tutaraq qaşlarımı yoxladılar. Mən də səfeh kimi onların əlinin altında oturub icazə verdim ki, qaşlarıma baxsınlar. Adama deyən lazımdır ki, bu uşağın sahibi ola-ola sən kimsən ki, başıma hoqqa açırsan? Bu barədə evdəkilərə heç məlumat vermədim. Bütün uşaqların o qadına qarşı qorxusu var idi.