21 yaşlı model kolluqda çılpaq və yaralı halda tapıldı FOTO


Dünya 13 Yan 2020 11:19:00 123 0

21 yaşlı model kolluqda çılpaq və yaralı halda tapıldı  FOTO

Pəncərədən yıxılan 21 yaşlı model xəstəxanada ölümlə mübarizə aparır.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, rusiyalı model Moskva şəhərindəki binanın 3-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.

21 yaşlı Kseniya Puntusun yıxıldığı mənzil onun sevgilisi Andrey Bakova məxsusdur. Andrey Bakov məşhur rejissor Nikita Milxalkovun nəvəsidir.

Kolluqda çılpaq qadın görən təmizlik işçiləri hadisə yerinə dərhal həkim və polis çağırıblar. Təcili xəstəxanaya çatdırılan Kseniya sağ qalsa da, vəziyyəti ağır olaraq qalır.

Məşhur "Vogue" jurnalının Rusiya versiyası üçün pozalar verən modelin, demək olar ki, bədənindəki bütün sümükləri qırılıb.

Məşhur tennisçi Yevgeny Kafelnikovun qızı və Kseniyanın rəfiqəsi mətbuata açıqlamasında bildirib ki, o, tapılan zaman əynində paltar olmayıb və hazırda adından başqa nəyisə xatırlamır.