Nazir yol polisinin bütün şəxsi heyətini sərəncama göndərdi


Digərləri 13 Yan 2020 11:00:00 166 0

Nazir yol polisinin bütün şəxsi heyətini sərəncama göndərdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib.

Bakı. Samir Əli - Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi ilə bağlı əmr verib. Trend-in məlumatına görə, əmrə əsasən, idarənin bütün şəxsi heyəti sərəncama götürülüb. Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.