ETSN sürüşmə sahələrindəki son vəziyyəti açıqlayıb


Digərləri 13 Yan 2020 11:06:00 124 0

ETSN sürüşmə sahələrindəki son vəziyyəti açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə sürüşmə sahələrindəki son vəziyyəti açıqlayıb.

Bakı. İlhamə İsabalayeva – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə sürüşmə sahələrindəki son vəziyyəti açıqlayıb. Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, Bakıda Zığ, Abşeron rayonun Masazır qəsəbəsində "Zəli gölü" və Nübar qəsəbəsindəki bəzi yerlər sürüşməyə meyilli ərazilərdir: "Abşeron yarımadasındakı sürüşmə ərazilərində elə ciddi dəyişiklik müşahidə edilmir. Rayonlarda ənənəvi sürüşmə ərazilərində lokal tipli xırda uçqunlar baş verir. Bunlar nəzərə alınmazsa, ərazilərdə elə bir gərginlik yoxdur".