Xərçəngin riskini minimuma azaldan 10 QIZIL QAYDA


Digərləri 12 Yan 2020 23:05:00 190 0

Xərçəngin riskini minimuma azaldan 10 QIZIL QAYDA

Mütəxəssislər Avropa xərçəng kodeksini tərtib ediblər. Bu kodeksə xərçəngin riskini minimuma azaldan 10 qızıl qayda daxildir.

Alimlərin fikrinə görə, bu qaydalara riayət etməklə xərçəngin riskini dəfələrlə azaltmaq mümkündür.

Son.az saglamolun.az-a istinadən bu qaydaları təqdim edir.

1. Siqaret çəkməyin

Kanserogen maddələri ilə "zəngin" olan siqaret tüstüsü bir çox xərçəng növlərinin riskini artırır. Bu tək ağciyər xərçənginə aid deyil. Siqaret çəkmək ağız, boğaz, qida borusu, mədəaltı vəz, sidik kisəsi, böyrəklər kimi orqanlarda xərçəng şişinin inkişafına səbəb ola bilər.

2. Artıq çəki yığmayın

Almaniya Xərçəng araşdırmaları institutunun mütəxəssisləri sübut edir ki, orqanizmə piyin artması 11 müxtəlif xərçəngin riskini artırır. Bu xüsusilə düz bağırsaq, qida borusu və süd vəzi xərçənginə aiddir.

Orqanimdə piyin artması hormonal fonunu pozur, insulin və leptin kimi hormonların ifrazını artırır ki, bu hormonlar xərçəng hüceyrələrinin böyüməsini stimullaşdırır. 

3. Fiziki aktivliyinizi artırın

Gündəlik fiziki məşğələlər (bu adi piyada gəzintilər ola bilər) bir çox xərçəng növlərinin riskini azaldır. Əksinə isə azhərəkətli həyat tərzi orqanizmdə durğunluq proseslərinə, piylənməyə səbəb olur ki, bu da öz növbəsində xərçəngin riskini artıran faktorlardır.

4. Təzə meyvə və tərəvəzləri yeyin

Vitamin, antioksidant, liflərlə zəngin olan meyvə və tərəvəzlər qida borusu, mədə, bağırsaq, mədəaltı vəz kimi orqanlarda xərçəng şişlərinin əmələ gəlməsinin ehtimalını azaldır. Mütəxəssislər hər gün 5 porsiya meyvə və tərəvəzləri yeməyi tövsiyə edirlər (3 porsiya tərəvəz +2 porsiya meyvə). 1 porsiya dedikdə, məsələn, 1 alma və ya 1 banan, 1 xiyar və ya 1 bismiş kartof nəzərdə tutulur . 

5. Emal olunmuş ətdən (kolbasa, sosis və s.) imtina edin

2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti kanserogen maddələrin siyahısına daxil edib.

6. Spirtli içkilərin qəbulunu minimuma azaldın