Ağdaşda narkotacirlər saxlanılıb (FOTO)


Digərləri 12 Yan 2020 23:03:59 243 0

Ağdaşda narkotacirlər saxlanılıb (FOTO)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib

Bakı. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş rayon sakini Cavad Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən kibrit qutularında və kağız bükümlərdə ümumi çəkisi 32,75 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. C.Kərimovun ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə üzərində daşıdığı narkovasitəni rayonun Pirəzə kənd sakini Əfqan Abdullayevdən aldığı müəyyən olunub. Ə.Abdullayevin yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidən 218,22 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. C.Kərimov və Ə.Abdullayev şübhəli şəxs qismində saxlanılıblar.