Bərdədə yanğın olub, 3 nəfər zəhərlənib


Digərləri 12 Yan 2020 22:41:08 127 0

Bərdədə yanğın olub, 3 nəfər zəhərlənib

Bərdə rayonunun Alaçadırlı kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb

Bakı. Bərdə rayonunun Alaçadırlı kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.