Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var


Sosial 12 Yan 2020 22:39:17 129 0

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

​Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Qeyd edilir ki, onların arasında vəziyyəti ağır olan var.

Faktla bağlı araşdırma aparılır.