Bərdədə yanğın olub, 3 nəfər zəhərlənib


Sosial 12 Yan 2020 22:23:13 110 0

Bərdədə yanğın olub, 3 nəfər zəhərlənib

Bərdədə yanğın olub, 3 nəfər zəhərlənib

Bərdədə xəsarətlə nəticələnənyanğın hadisəsi olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisərayonunun Alaçadırlı kəndində baş verib.

Kənddə həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.