İraqda etiraz aksiyaları zamanı 48 polis və 11 etirazçı yaralanıb


Dünya 12 Yan 2020 19:39:00 120 0

İraqda etiraz aksiyaları zamanı 48 polis və 11 etirazçı yaralanıb

İraqının Vasit vilayətindəki Vasit Universitetinin binası yaxınlığında təhlükəsizlik qüvvələri ilə tələbələr arasında baş verən qarşıdurmada 60 nəfər, o cümlədən 48 polis əməkdaşı yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "As-Sumariya" telekanalına təhlükəsizlik qüvvələrindən olan mənbə bildirib.

Bildirilib ki, 48 polis əməkdaşı, həmçinin 11 etirazçı yaralanıb.

Qeyd edək ki, İranla həmsərhəd olan Vasit vilayətində konstitusiya dəyişiklikləri və hökumətin dəyişdirilməsini tələb edən etirazlar ötən ilin oktyabrından bəri davam edir.