Soyuğa qarşı allergiya Bu əlamətlərə DİQQƏT


Digərləri 12 Yan 2020 19:25:00 136 0

Soyuğa qarşı allergiya  Bu əlamətlərə DİQQƏT

Allergiyanın növlərindən biri də soyuğa qarşı yaranan allergiyadır.

Soyuğa qarşı allergiyanın əlamətləri hansılardır? Allergiyanın olduğunu necə müəyyənləşdirmık olar?

Son.az e-tibb.az-a istinadən xəbər verir ki, Türkiyənin Beynəlxalq Allergiya və Kliniki İmmunologiya Dərnəyinin rəhbəri, professor Bülent Şekerel Anadolu Agentliyinə açıqlamasında deyib ki, bu allergiya ilə bağlı narahatlıqlar qışda özünü daha çox göstərir, ona görə də allergik həssaslığı olanların bu dövrdə diqqətli olmaları vacibdir.

Xalq arasında "soyuq allergiyası" adlandırılan halda dəridə soyuğa məruz qalan zaman şişkinlik, qabar yaranır, qızartı, keyləşmə, qarışqa gəzrimiş kimi hissiyyat, qaşıntı şikatətləri ortaya çıxır. Bu, ən çox əl, ayaqlarda, üzdə yaranır.

Onun sözlərinə görə, soyuq allergiyası təkcə soyuq havada deyil, yayda da yarana bilir. Məsələn, yayda dondurma yeyəndə dildə, dodaqlarda, boğazda şişmə, nəfəs alıb-vermədə çətinlik ortaya çıxır.

Belə şəxslər soyuq hovuza, dənizə girəndə qan təzyiqinin düşməsi, şok, bayılma ilə üzləşə bilər, hətta ölüm halları da yaranar.