Xəstələnmək istəmirsinizsə bu adətlərdən TƏCİLİ QURTULUN


Digərləri 12 Yan 2020 19:29:00 121 0

Xəstələnmək istəmirsinizsə  bu adətlərdən TƏCİLİ QURTULUN

Qış boyu sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, indiyədək yanlış etdiyiniz adətlərinizdən qurtulmalısınız.

Son.az bu günədək xəstələnməmək üçün yol verdiyiniz yanlışların siyahısını təqdim edir.

Evdən çıxarkən burun damcısı tökmək

Soyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, çölə çıxarkən burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək ən doğru yoldur.

Çöldə ağzınızla deyil, burnunuzla nəfəs alın

Şaxtada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.

Şərflə ağız və burunu bağlamaq

Şərf vasitəsilə alınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və ağzınıza daha soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz halla sonlanır.

Evdən çıxmazdan əvvəl isti içki qəbul etmək