“Bəsic” Britaniyanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirir


Dünya 12 Yan 2020 18:55:00 118 0

“Bəsic” Britaniyanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibinə daxil olan yarıhərbiləşdirilmiş "Bəsic" könüllüləri Tehranda Böyük Britaniya səfirliyi qarşısında aksiya keçirir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat yayıb.

Aksiya iştirakçıları Böyük Britaniya səfirliyinin təcili bağlanmasını,  Londonun İranın daxili işlərinə qarışmamasını tələb edirlər.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağırılıb.

Səfirə diplomatik qaydalara zidd və   qanunsuz  toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R. Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.