İran XİN Britaniya səfirinin səhvən saxlanıldığını bildirib


Dünya 12 Yan 2020 16:48:40 109 0

İran XİN Britaniya səfirinin səhvən saxlanıldığını bildirib

​İran XİN Britaniya səfirinin səhvən saxlanıldığını bildirib

İranın xarici işlər nazirinin müavini Abbas Arakçı bildirib ki, Böyük Britaniyanın bu ölkədəki səfiri Robert Maker qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranın Xаrici İşlər Nаzirliyinin rəsmisi bu barədə özünün“Twitter”dəki səhifəsində yazıb.

Nazirlik rəsmisi qeyd edib ki, saxlanılan şəxsiyyəti məlum olduqdan 15 dəqiqə sonra buraxılıb.

"O, qanunsuz toplantıda naməlum əcnəbi kimi saxlanmışdı. Polis mənə saxlanılan şəxsin Böyük Britaniyanın səfiri olduğunu iddia etdiyini bildirdikdə dedim: "Ola bilməz!" Yalnız onunla mənim telefon söhbətimdən sonra tanıdım. Bu şəxsin o olduğu mənim böyük təəccübümə səbəb oldu. O, on beş dəqiqə sonra sərbəst buraxıldı", - deyə Arakçı özünün “Twitter”dəki hesabında yazıb.

Böyük Britaniyanın İrandakı səfiri Robert Maker şənbə günü İranın paytaxtı Tehranda keçirilən etiraz aksiyalarının təşkilində və aksiyalarda iştirak etdiyi üçün saxlanılıb.