Dünyanın ən çirkli şəhəri məlum oldu


Dünya 12 Yan 2020 16:30:00 125 0

Dünyanın ən çirkli şəhəri məlum oldu

Bosniya-Herseqovinanın paytaxtı Sarayevo dünyanın çirkli şəhəri seçilib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə AQİ-nin beynəlxalq reytinqində hesabat yer alıb.

Bildirilib ki, bu ilin yanvarın ilk günlərində Sarayevoda insan sağlamlığı üçün havanın keyfiyyəti 260 nisbətində qeydə alınıb. Yerli hakimiyyət orqanları hətta şəhərdə həyəcan siqnalı verib, insanları vacib olmadığı təqdirdə çölə çıxmamağa çağırıblar.

Qeyd edək ki, bu reytində əvvəl ilk yeri Banqladeşin paytaxtı Dəkkə tutmuşdu.