Taal vulkanı ilə əlaqədar 3 şəhərin əhalisinin evakuasiyasına başlanıb


Dünya 12 Yan 2020 16:23:00 128 0

Taal vulkanı ilə əlaqədar 3 şəhərin əhalisinin evakuasiyasına başlanıb

Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "CNN Philippines" telekanalı məlumat yayıb.

Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.

Bu gün vulkanının külləri 1 km hündürlüyə qədər yayılıb və bununla əlaqədar Filippin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın püskürməsi ehtimalını 5 ballıq şkala üzrə 3 bala yüksəldib. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.