“35 milyard dollar ödəməsələr, İraqda qalacağıq”


Dünya 12 Yan 2020 15:26:00 116 0

“35 milyard dollar ödəməsələr, İraqda qalacağıq”

"Fox News" televiziyasının canlı yayınına qonaq olan prezident Tramp İraqın ABŞ qoşunlarının geri çəkilməsi üçün 35 milyard dollar ödəməli olduğunu söyləyib.

Son.az musavat.com-a istinadən bildirir ki, "Fox News"da Laura İnqrahamın qonağı olan ABŞ prezidenti Donald Tramp İranla yaşanan gərginliklə bağlı bir çox önəmli açıqlamalar verib. Həmçinin Tramp ABŞ ordusunun İraqdan çıxarılması üçün 35 milyard dollar ödənməsini tələb edib.

ABŞ öz qoşunlarını İraqdan çıxaracaqmı?

ABŞ rəhbərliyinin Qasım Süleymaninin öldürülməsindən sonra ölkədəki ABŞ qoşunlarının geri çəkilməsi üçün bir mexanizm qurmaq istəyini şərh edən ABŞ prezidenti bölgədəki qoşunların yalnız ödəniş qarşılığında geri çəkiləcəyini bildirib.

"Pul verməsələr, çıxmayacağıq"

ABŞ-ın İraq siyasətindəki hərbi varlığının yenidən gündəmdə olduğunu deyən aparıcının suallarına Tramp "İraqda dünyanın ən bahalı hava limanlarından birini inşa etdik. 35 milyard dollar xərclədik. Düşünürəm ki, İraq hakimiyyəti bizə bu pulu ödəməyə razı olacaq. Əks təqdirdə orada qalacağıq", - deyə bildirib.