"Rəfael Cəbrayılov torpağı 350 minə almağa razılaşmışdı"


Kriminal 12 Yan 2020 14:02:00 54 0

"Rəfael Cəbrayılov torpağı 350 minə almağa razılaşmışdı"

Külli miqdarda dələduzluqda ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, zavod almaq, istirahət mərkəzi tikmək, mənzil satmaq adı ilə ayrı-ayrı şəxslərdən külli miqdarda pul alaraq dələduzluq etməkdə suçlanır.

Bu xəbəri də oxu: Qardaş qardaşı bıçaqladı

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda suçlanan 1966-cı il təvəllüdlü Elxan Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Elxan Rzayev sərbəst ifadə verib. Rzayev ilk olaraq Ruslan Sultanova qarşı dələduzluq etməkdə suçlanması epizodundan danışıb. O, deyib ki, Ruslanla sinif yoldaşı olub və daha sonra da biznes fəaliyyəti ilə məşğul olublar.

Təqsirləndirilən Rzayev deyir ki, Ruslan Sultanov ona qarşı dələduzluq edib, aldadıb: "Mən uzun illərdir, bizneslə məşğul idim. Ruslanla da bir neçə dəfə iş görmüşük. Mənim Şamaxıda torpağım var idi. Həmin ərazini satmaq istəyirdim. Müştəri kimi də keçmiş deputat Rəfael Cəbrayılovla razılaşmışdıq. Rəfael Cəbrayılov torpağı 350 minə almağa razılaşdı. Amma Ruslan dedi ki, torpağı satmayım. Bildirdi ki, həmin ərazidə istirahət mərkəzi tikərək işlədə bilərik. Mənə də icarə haqqı verəcəkdi. Amma nə qazanc verdi, nə də işi tam gördü. Burada zərərçəkən mənəm. Sonradan məndən şikayət edib ki, guya mən ondan biznes qurmaq üçün pul almışam".

Qeyd edək ki, bu epizodda adı çəkilən Rəfael Cəbrayılov bir neçə ay əvvəl Milli Məclisin deputatı idi. O, deputat vəsiqəsini girov qoyaraq pul alması ilə gündəmə gəlmişdi. Məsələ ictimailəşəndən sonra Cəbrayılov mandatdan könüllü imtina etmişdi.

İttihamda yazılır ki, Elxan Rzayev tanışı olan bir neçə nəfərə qarşı dələduzluq edib. Onlardan Şamaxı rayonunda istirahət mərkəzi tikərək şərikli qazanc əldə etmək, Quba rayonunda taxtadan 3 ev tikərək icrayə verməklə qazanc əldə etmək adı ilə külli miqdarda pul alıb.

Bundan başqa o, başqa bir tanışına qızıl alıb sataraq qazanc əldə etmək vədi verib, amma ona qarşı da dələduzluq edib. Qubada tikinti materialları satan şəxsdən 17 min manat dəyərində mal alaraq pulunu ödəməyib.

Səadət İmranovaya Şamaxıda zavod alaraq şərikli işlətməyi vəd edib və buna görə də ondan 126 min dollar alıb. Lakin nə zavodu alıb, nə də İmranovanın pulunu geri qaytarıb.

İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi like
  • 12 Yan 13:51  
Kriminal İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi

İran parlamenti 8 yanvarda Tehran vilayətinin Parand şəhəri yaxınlığınd

arrow Ətraflı
“Əgər üzr istəmək lazımdırsa, diləyə bilərəm” like
  • 12 Yan 13:46  
Şou-biznes “Əgər üzr istəmək lazımdırsa, diləyə bilərəm”

Bir neçə gün əvvəl türkiyəli aparıcı Okan Bayülgənin "Muhabbet K

arrow Ətraflı
Özü ilə birlikdə dünyanı gəzəcək adama 36 min dollar maaş təklif edən gənc milyoner  FOTO like
  • 12 Yan 13:35  
Digərləri Özü ilə birlikdə dünyanı gəzəcək adama 36 min dollar maaş təklif edən gənc milyoner FOTO

Sosial mediada hər gün yeni bir maraqlı səyyah ilə qarşılaşmaq mümkünd

arrow Ətraflı
İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi like
  • 12 Yan 13:29  
Digərləri İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi

İran parlamenti 8 yanvarda Tehran vilayətinin Parand şəhəri yaxınlığınd

arrow Ətraflı
Bakıya yağış, rayonlara qar like
  • 12 Yan 13:24  
Digərləri Bakıya yağış, rayonlara qar

Yanvarın 13-ü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Təyyarə qəzasında ölənlərin ailəsinə təzminat veriləcək like
  • 12 Yan 13:18  
Dünya Təyyarə qəzasında ölənlərin ailəsinə təzminat veriləcək

Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin İranda qəzaya uğr

arrow Ətraflı
Liviyada atəşkəs elan olunub like
  • 12 Yan 13:13  
Dünya Liviyada atəşkəs elan olunub

Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli R

arrow Ətraflı
Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb like
  • 12 Yan 13:09  
Dünya Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb

​Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb

arrow Ətraflı
Böyük Britaniya İrandakı səfirinin həbs olunması ilə bağlı bəyənat yaydı like
  • 12 Yan 13:07  
Dünya Böyük Britaniya İrandakı səfirinin həbs olunması ilə bağlı bəyənat yaydı

Böyük Britaniyanın İrandakı səfiri paytaxt Tehranda həbs olunub. Böyük

arrow Ətraflı
Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub like
  • 12 Yan 13:03  
Dünya Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub

​Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak o

arrow Ətraflı
Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı like
  • 12 Yan 13:02  
Digərləri Azərbaycanda nişanlısından ayrılan oğlan canlı yayımda özünü asdı

Ötən gecə sosial şəbəkədə açılan canlı yayım zamanı gənc oğlan ö

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlanıb like
  • 12 Yan 12:54  
Digərləri Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 13-ü müşahidə olunacaq hava proqnozu açıqlanıb

arrow Ətraflı
YerevanTehran aviareysi ləğv edildi like
  • 12 Yan 12:51  
Dünya YerevanTehran aviareysi ləğv edildi

Ermənistan Hava Yolları bu günə olan Yerevan-Tehran reysini ləğv edib.

arrow Ətraflı
Sabah ölkə ərazisində hava yağıntılı olacaq like
  • 12 Yan 12:47  
Sosial Sabah ölkə ərazisində hava yağıntılı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağ

arrow Ətraflı