Hakerlər məşhur şəxslərin məlumatlarını oğurladılar “Samsung” çətin durumda...


Kriminal 12 Yan 2020 14:09:00 149 0

Hakerlər məşhur şəxslərin məlumatlarını oğurladılar  “Samsung” çətin durumda...

Dünyaca məşhur kibertəhlükəsizlik üzrə ekspertlər Cənubi Koreya vətəndaşlarına hücum edən haker dəstəsini ifşa edib.

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə "Star"a istinadən məlumat verir.

Xəbərə görə, cinayətkarlar "Samsung" smartfonlarında olan və hakerlərin öz aralarında "açıq qapı" adlandırdığı boşluqlardan yararlanıblar.

Anonimliyi qorunan hakerlər əsasən məşhur şəxslərin - siyasətçi, müğənni və fotomodellərin şəxsi hesablarına sızıblar.

Mütəxəssislərin sözlərinə görə, hakerlər "Samsung" istifadəçilərinin "bulud" məlumat saxlayıcılarına müdaxilə ediblər və telefon kitabçası, zəng tarixçəsi, SMS, fotoşəkil və videoyazıların olduğu faylları ələ keçiriblər.

Haker dəstəsi daha sonra öz qurbanları ilə müxtəlif messencerlər vasitəsilə əlaqə saxlayaraq pul tələb ediblər. Bundan imtina edən zərərçəkənlər isə əldə edilən şəxsi məlumatların internetdə dərc ediləcəyi ilə şantaj ediliblər.