İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi


Kriminal 12 Yan 2020 13:51:09 135 0

İran parlamenti təyyarə qəzası ilə əlaqədar iclas keçirdi

İran parlamenti 8 yanvarda Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qapalı iclas keçirib.

Son.az xəbər verir ki, bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.

İran parlamentinin sədri Əli Laricani bir daha belə hadisənin təkrarlanmayacağına ümid etdiyini bildirib.

Laricani əlavə edib ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası təyyarə qəzası ilə bağlı araşdırma aparacaq.