Özü ilə birlikdə dünyanı gəzəcək adama 36 min dollar maaş təklif edən gənc milyoner FOTO


Digərləri 12 Yan 2020 13:35:00 152 0

Özü ilə birlikdə dünyanı gəzəcək adama 36 min dollar maaş təklif edən gənc milyoner  FOTO

Sosial mediada hər gün yeni bir maraqlı səyyah ilə qarşılaşmaq mümkündür. Artıq bir çox insan dünyanı rahat şəkildə gəzib, bir çox yerlərdə fotolar çəkir və bu fotolar sayəsində fenomenə çevrilir.

Son.az musavat.com-a istinadən bildirir ki, bu cür maraqlı fenomenlərdən biri də Avstraliyada yaşayan 27 yaşlı milyoner Metyu Lepredir.

26 yaşlı milyonerin aylıq gəliri 115 min dollardır. Onun bir neçə onlayın alış-veriş xidməti göstərən böyük şirkətli var.

Sidneydə yaşayan gənc milyoner dünyanı gəzir, gəzdiyi hər yerdən də maraqlı fotoları izləyiciləri ilə paylaşır. O, dünyanı gəzərkən ona yoldaşlıq edəcək birini axtrarır. Axtardığı şəxs gənc milyonerin səyahət marşrutlarını, məkanlarını əvvəlcədən təyin və Leprenin sosial media hesablarını idarə edəcək. Metyu Lepre işə götürəcəyi şəxsə etibar etməli olduğunu qeyd edir. Həm də bunun tətil fürsəti yox, karyera fürsəti olduğunu bildirir. Sözügedən işə görə vəd etdiyi maaş isə 36 min dollardır.

[Kendisiyle Birlikte Dünyayı Gezecek Kişiye 36 Bin Dolar Maaş Teklif Eden Milyoner]

Gənc milyoner bu iş elanını öz yutub kanalında paylaşmışdı.