Qızın içkisinə dərman atıb, təcavüz etdi Tələbəsi ilə şantaj gücünə evlənən müəllimin şok cinayəti FOTO


Dünya 12 Yan 2020 13:40:00 137 0

Qızın içkisinə dərman atıb, təcavüz etdi  Tələbəsi ilə şantaj gücünə evlənən müəllimin şok cinayəti  FOTO

Sosial mediada, ətrafımızda hər gün yeni bir təcavüz və ya şiddət olayı ilə qarşılaşırıq. Çox təəssüflər olsun ki, qadınlara qarşı dünyanın bir çox yerində şiddət artmaqdadır. Yazıda bəhs edilən olay isə Türkiyədə universitetlərindən birində baş verib.

Ən maraqlısı isə yazının baş "qəhrəmanı" "On Doqquz May Universiteti"nin ədəbiyyat fakültəsinin araşdırmaçısı 30 yaşlı Hidayət V.-dir.

Son.az musavat.com-a istinadən bildirir ki, o, 2017-ci ildə tələbəsinin içkisinə yuxu dərmanı ataraq ona təcavüz edib. Müəllim etdiyi bu iyrənc əməli videoya çəkərək, talesiz qızı bununla təhdid etməyə başlayıb.

"Mənimlə evlənməsən..."

Gənc qızı zorlayan və həmin anları videoya çəkən Hidayət V. onu hər gün şantaj etməyə başlayıb. Hidayət V. onunla evlənmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı qızı şantaj etməyə başlayıb.

Gənc qız S.V. qorxduğu üçün təcavüz olayını öz valideynlərinə deyə bilmir və təhdidlərdən sonra Hidayət V. ilə evlənməyə razılıq verir.

"Sözcü" qəzetində yer alan bir araşdırmaya görə, qızın ən dəhşətli günləri də məhz bu evlilikdən sonra başlayır.

İddialara görə, Hidayət V. evləndikdən sonra da S.V. ilə zorla cinsi əlaqəyə girirmiş. Hətta bu, gün keçdikcə işgəncə halını almağa başlayır.

O, şantajla evliliyə razı saldığı həyat yoldaşını vəhşicəsinə döyür, cinsi əlaqə zamanı gənc qızın əllərini "skoçla" bağlayır, ocaqda isitdiyi çəngəli qızın vücudunun müxtəlif nayihələrinə basaraq, ona işgəncə verir.

Bütün bu dəhşətləri yaşayan S.V. Hidayət V.-nin cib telefonunda başqa şagirdləri ilə yazışmalarını görür və bundan sonra o, məhkəməyə gedərək şikayət ərizəsi yazır. Gənc qadın bununla yanaşı, işgəncələrə məruz qalması iddiası ilə polisə də şikayət edir.