Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub


Dünya 12 Yan 2020 13:03:41 87 0

Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub

​Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub

Əfanıstanın cənubunda və qərbində 16 nəfər güclü yağıntı səbəbindən evlərin damlarının uçması nəticəsində həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən yerli 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisələr qərb Herat əyalətində və cənub Qəndaharda baş verib. Heratın Enjil rayonunda 6 nəfər dam uçqunu altında qalaraq həlak olub. Onlar arasında qadınlar və uşaqlar da var. Daha iki nəfər Adraskan rayonunda ölüb.