Təyyarə qəzasında ölənlərin ailəsinə təzminat veriləcək


Dünya 12 Yan 2020 13:18:00 139 0

Təyyarə qəzasında ölənlərin ailəsinə təzminat veriləcək

Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsinin İranda qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (14 min AZN) məbləğində təzminat ödəniləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib.

O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən "Boeing-737" təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində həlak olan 176 nəfərdən 11-i Ukrayna vətəndaşı olub. Qəzadan qısa müddət sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.