Liviyada atəşkəs elan olunub


Digərləri 12 Yan 2020 12:41:00 118 0

Liviyada atəşkəs elan olunub

Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib

Bakı. Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib. Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilib: "Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq, prezident şurasının başçısı və Liviya ordusunun ali baş komandanı yanvarın 12-si gecə yarısından atəşkəs elan edib".