9 yaşlı qıza təcavüz edib qətlə yetirən cinayətkarlar haqqında SƏRT QƏRAR FOTO


Dünya 12 Yan 2020 08:00:00 277 0

9 yaşlı qıza təcavüz edib qətlə yetirən cinayətkarlar haqqında SƏRT QƏRAR  FOTO

Türkiyənin Qars şəhərində 9 yaşlı Sədanur Gözələ cinsi təcavüz etdikdən sonra qətlə yetirən cinayətkarlar haqqında hökm oxunub.

Son.az xəbər verir ki, cinayətdə iştirak etmiş 2 nəfər ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, Sədanur Gözəl 16 sentyabr 2018-ci ildə yaşadığı Paslı kəndində yoxa çıxmışdı. 9 yaşlı qızın 7 gün sonra üzəri daşlarla örtülmüş vəziyyətdə cəsədi tapılmışdı.

İstintaq əməliyyatı nəticəsində onun cinsi istismara məruz qaldıqdan sonra öldürüldüyü məlum olmuşdu. Cinayətdə əli olan 3 nəfər - Ertan Bozkurt (37), Ahmet Bilen (34) və Himmet Uç (47) haqqında Ağır Cinayətlər Məhkəməsində iş açılmışdı.