Çin XİN-i, Tayvandakı seçkilərlə əlaqədər "Bir Çin" prinsipinin xatırladıb


Digərləri 12 Yan 2020 07:43:00 112 0

Çin XİN-i, Tayvandakı seçkilərlə əlaqədər "Bir Çin" prinsipinin xatırladıb

Çin Mərkəzi Hökuməti, Tayvan adasında son parlament seçkiləri ilə əlaqədar "bir Çin" prinsipinin dəyişməzliyini xatırladıb və müvafiq qaydalara riayət etməyi tələb edir

Bakı. Çin Mərkəzi Hökuməti, Tayvan adasında son parlament seçkiləri ilə əlaqədar "bir Çin" prinsipinin dəyişməzliyini xatırladıb və müvafiq qaydalara riayət etməyi tələb edir. Trend-in məlumatına görə, bunu Çin XİN-nin rəsmi nümayəndəsi Gen Şuan dekabrın 12-də bəyan edib. Bəyantda deyilir: "Tayvanda vəziyyətin necə dəyişməsindən asılı olmayaraq dünyada tək bir Çin mövcud olmağa davam edəcək, Çin Xalq Respublikası hökuməti Tayvanın müstəqilliyini dəstəkləyən hərəkətlərə qarşı çıxaraq "bir Çin" prinsipinə qətiyyətlə sadiq qalacaq". Diplomatın sözlərinə görə, əksər ölkələrin dəstəklədiyi Pekinin bu mövqeyi dəyişə bilməz. Gen Şuan yekun olaraq bildirib: "Ümid edirik və həmçinin əminik ki, beynəlxalq ictimayət "bir Çin" prinsipinin tərəfkarı olmağa davam edəcək". Dekabrın 11-i, Çin ilə yaxınlaşmağa qarşı çıxan hakim Tayvan Demokratik Proqressiv Partiyası, adanın Qanunverici Yuan (parlament) seçkilərində qələbə qazanıb. Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin ÇXR-nın əksər ölkələr tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə Çin əyalətlərindən biri hesab olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin