Dubayda leysanlar səbəbiylə aviareyslər daha bir gün təxirə salınır


Digərləri 12 Yan 2020 05:43:00 156 0

Dubayda leysanlar səbəbiylə aviareyslər daha bir gün təxirə salınır

Dubay Hava Limanları İdarəsi, BƏƏ-də davam edən güclü yağışlar səbəbiylə bu gün axşama qədər Dubaya və Dubaydan olan reyslərin təxirə salınması xəbərdarlıq edib

Bakı. Dubay Hava Limanları İdarəsi, BƏƏ-də davam edən güclü yağışlar səbəbiylə bu gün axşama qədər Dubaya və Dubaydan olan reyslərin təxirə salınması barədə xəbərdarlıq edib. Dekabrın 11-də hava limanının uçuş zolaqlarını gölə çevirən gün boyu yağan güclü yağışlar səbəbindən, Dubay Beynəlxalq Hava Limanından onlarla uçuş təxirə salınıb. İdarənin "Twitter" səhifəsində qeyd edilir: "Dekabrın 11-i gecədən fasiləsiz yağan yağışları nəzərə alaraq, Beynəlxalq hava limanında növbəti 24 saat ərzində bəzi uçuşlar təxirə salınacaq və ya digər hava limanlarına yönəldiləcək".