Zelenski təyyarənin vurulması ilə bağlı xalqa müraciət edəcək


Dünya 11 Yan 2020 16:51:00 118 0

Zelenski təyyarənin vurulması ilə bağlı xalqa müraciət edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski İranın Tehran hava limanında Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf etməsi ilə bağlı xalqına müraciət edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Zelenskinin rəsmi Feysbuk səhifəsində yerləşdirilib. Prezidentin ukraynalılara müraciəti iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığından sonraya planlaşdırılıb.

Xatırladaq ki, sərnişin təyyarəsi hərbiçilər tərəfindən vurulduqdan sonra əksəriyyəti İran və Kanada vətəndaşları olan 176 nəfərin hamısı ölüb. İran hakimiyyəti təyyarənin təsadüfən vurulduğunu bildirib.