Nərmin Quliyevanı qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib


Sosial 11 Yan 2020 17:37:48 150 0

Nərmin Quliyevanı qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Tovuz rayon Məhkəməsindən aldığımız məlumata görə rayonun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlu barəsində 2 aylıq həbs qərarı verilib.

Tovuz Rayon Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

“Report”un xəbərinə görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.

Belə ki, məhkəmə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.