Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb"


Siyasət 11 Yan 2020 17:39:15 134 0

Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb"

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bütün görüntülər MSK üzvləri tərəfindən 2-3 dəfə araşdırılıb.

MSK sədri vurğulayıb ki, bu barədə məsələ bələdiyyə seçkiləri ilə bağlı qərarda öz əksini tapıb. M.Pənahov vurğulayıb ki, bəzi insanlar sosial şəbəkələrdə özünə tərəfdar toplamaqla qanunauyğun qərar çıxarmağı qarışdırırlar:

"Konkret faktlar göstərilməlidir. Əfsuslar olsun ki, ümumi xarakerli narazılıq bildirmək bir ənənəyə çevrilib, ancaq ortada konkret faktlar olmalıdır. Əgər pozuntu varsa, bunu sübut edən dəlillər göstərilməlidir".