19 yaşlı qızın ağlasığmaz intiharı


Dünya 11 Yan 2020 17:26:00 175 0

19 yaşlı qızın ağlasığmaz intiharı

ABŞ-ın Şimali Karolina ştatının  Durham Kounti qəsəbəsində yaşayan 19 yaşlı qız sosial mediada paylaşdığı fotolara kifayət qədər bəyənmə gəlmədiyi və şərh yazılmadığı üçün intihar edib.

İntihar edən gənc qızın anası "Sosial media qızımın canını aldı" deyərək onun feysbuka aludə olduğunu bildirib.

Son.az musavat.com-a istinadən bildirir ki, 19 yaşlı Chloe Davison feysbukda paylaşdığı fotoya istədiyi kimi bəyənmə və şərh gəlməyib. Nəticədə gənc qız intihar edib.

Qızın 20 yaşlı bacısı Ceyd onun dayə olmaq istədiyini söyləyib: "Bacım paylaşdığı fotoları bəyənilməyəndə və onlara şərh yazılmayanda narahat olurdu. Hesab edirəm ki, bacımın intiharında sosial media böyük rol oynadı. Doqquz həftə əvvəl mənim bir övladım oldu. Bacım onu çox sevirdi. Mənim də ən yaxın sirdaşım idi. Onsuz nə, edəcəyəmi bilmirəm".