Bakı sakininin avtobusda unutduğu pul və zinyət əşyaları ona qaytarılıb


Sosial 11 Yan 2020 16:59:03 154 0

Bakı sakininin avtobusda unutduğu pul və zinyət əşyaları ona qaytarılıb

​Bakı sakininin avtobusda unutduğu pul və zinyət əşyaları ona qaytarılıb

Bu gün səhər 49 nömrəli müntəzəm marşrut xətti üzrə 90 VS 437 DQN-lı avtobusda vətəndaşa məxsus sənədlər, 3000 dollar, 1200 azn pul və qızıl zinət əşyaları aşkar edilib.

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayeb bildirib.

“Avtobus sonuncu dayanacaqda olan zaman aşkarlanan vəsaitlər xətt üzrə səlahiyyətli şəxsə təhvil verilib. Bir qədər sonra bir nəfər xanım (öz istəyi ilə adı açıqlanmır) müraciət edərək sənəd, pul və qızıl zinət əşyalarını səhər saatlarında avtobusda unutduğunu bildirib. Tapılan sənədlərin, pul vəsaitinin və qızıl zinət əşyalarının xanıma məxsus olduğu təsdiq olunandan sonra ona təhvil verilib. Əşyalarının tapılmasından mənun olan sərnişin buna görə təşəkkürünü bildirib”, - deyə o, qeyd edib.