Qələbə meydanında qəza olub (FOTO)


Digərləri 11 Yan 2020 17:00:10 131 0

Qələbə meydanında qəza olub (FOTO)

Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb.

Bakı. Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında baş vermiş qəza nəticəsində fiber-beton üzlüklər sıradan çıxıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən fiber-beton üzlüklər yenisi ilə əvəzlənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən diqqətli olmağı, hava şəraitinə uyğun olaraq avtonəqliyyat vasitəsini idarə etməyi, yollarda təyin olunmuş sürət həddini aşmamağı və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.