Tanımadığı şəxsin gediş haqqını verdi,


Dünya 11 Yan 2020 16:34:00 150 0

Tanımadığı şəxsin gediş haqqını verdi,

Rusiyanın Altay vilayətində uşaqlı qadının yol pulunu verən məktəbli oğlan milyoner olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Kamen-na-Obi şəhərində bloqer Nataliya Mişina uşağı ilə avtobusa minib.

Avtobusda uşaq dəcəllik edib və gediş haqqını ödəmək qadının yadından çıxıb. Daha sonra o, pulun başqa bir sərnişin tərəfindən ödənildiyini öyrənib.

Məlum olub ki, bu jesti edən şəxs anası ilə yaşayan yeddinci sinif şagirdidir.

Uşaq bu xoşməramlı addımı ailəsindən insanların bir-birinə kömək etməsi lazım olduğunu öyrəndiyi üçün elədiyini deyib.

Bloqer bildirib ki, məktəblinin atası yoxdur, anası onu tək böyüdür. O, rəsm çəkməyi sevir, amma Rəssamlıq məktəbində oxumağa maddi imkanı çatmır.