Əli Əhmədov: "YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb"


Sosial 11 Yan 2020 16:28:45 100 0

Əli Əhmədov: "YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb"

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

YAP-dan "Report"a verilən məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.

Ə.Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir.

Hazırda ölkəmizin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyən YAP sədrinin müavini fevralın 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edib.

Onun sözlərinə görə, böyük seçki təcrübəsinə malik olan YAP bu seçkilərə ciddi şəkildə hazırlaşıb.

Müşavirədə parlament seçkiləri kampaniyası ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək