Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma materialları dərc olunacaq


Dünya 11 Yan 2020 12:27:02 149 0

Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma materialları dərc olunacaq

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı aparılan təhqiqatın materiallarını dərc etmək göstərişi verib.

İranın ali rəhbəri ayətullah Seyid Əli XameneiUkrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı aparılan təhqiqatın materiallarını dərc etmək göstərişi verib.

“Report” xəbər verir ki, İRİB dövlət televiziyası bu barədə aşağıdakı məlumatı yayıb: “Ölkə hava müdafiə sisteminin bu fəlakətli səhvindən xəbər tutan kimi ali lider məsələni araşdırmaq üçün Ali Milli Təhlükəsizlik Şurasının iclasını çağıraraq iclasın yekununa görə hadisənin səbəblərinin və araşdırmanın nəticələrinin dürüst və şəffaf şəkildə dərc olunacağını təsdiqləyib”.

Qeyd edək ki, bundan əvvəl İran hökuməti təyyarənin bilmədən vurulduğunu açıqlamışdı.