Bakıda neft tullantıları ilə çirklənmiş göl qurudulub


Digərləri 11 Yan 2020 12:11:00 182 0

Bakıda neft tullantıları ilə çirklənmiş göl qurudulub

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində neft tullantıları ilə çirklənmiş göl qurudulub, drenaj şəbəkəsinin quraşdırılması hesabına ətraf sulardan əmələ gəlmiş iki gölün səviyyəsi endirilib.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, ərazidə ətraf mühitin yaxşılaşdırılması üçün tədbirlər TAİ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən həyata keçirilib:

"Aparılmış tədqiqatlar nəticəsində genişmiqyaslı metodologiya hazırlanıb. Bu metodologiya əsasında torpaqların rekultivasiyası və remidasiya işləri görülüb, kollektor-drenaj şəbəkəsi çəkilib və ərazidə ekoloji vəziyyət yaxşılaşdırılıb. Artıq ərazidəki ekoloji gərginlik aradan qaldırılıb".