Qatilin polis əmisi oğlu da saxlanıldı


Kriminal 11 Yan 2020 10:22:00 65 0

Qatilin polis əmisi oğlu da saxlanıldı

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı sensasiya sayılacaq təfərrüat paylaşılıb.

Bu xəbəri də oxu: Xalq artistinin qızı ailə qurur

Son.az xəbər verir ki, TV Press informasiya agentliyi qətldə şübhəli bilinərək saxlanılan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun bu müddətdə niyə ələ keçmədiyi və cinayətdən yayındığının istintaqla artıq müəyyən edildiyini paylaşıb.

Məlum olub ki, İ.Süleymanovun əmisi oğlu polis işçisidir və Nərminin axtarışı ilə bağlı yaradılan qrupa o da daxil edilib. İtən azyaşlı qızla bağlı kənddə axtarışlar aparılarkən və evlər yoxlanarkən sözügedən polis İ.Süleymanovun evinin yoxlanılmasına mane olub. Bildirib ki, əmisi və əmisi arvadı yaşlı adamlardır, oğlanları isə Moskva Dövlət Universitetini bitirən alim-ziyalıdır. Axtarış qrupunun rəhbəri də ona inanaraq, evdə axtarış aparılmasından imtina edib.

Qətlin üstünün açılmasına isə elə sözügedən polis səbəb olub. Belə ki, İ.Süleymanov yanğını ilk görməsini əmisi oğlu olan polisə danışıb. Deyib ki, "şübhəli iy" hiss etdiyi üçün yaxınlaşıb və Nərminin cəsədinin yandığını müşahidə edib. Meyitin yandırılmasını ilk görən şəxs kimi İ.Süleymanov istintaqa cəlb edilib və bəlli olub ki, onun evində bu vaxta qədər axtarış aparılmayıb. Sanksiya verilib və ev axtarılarkən çardaqda qan izləri, həmçinin digər çoxsaylı maddi sübutlar aşkarlanıb.

Bundan sonra İ.Süleymanov qətli etiraf etmək məcburiyyətində qalıb və detalları danışıb. Bildirdiyinə görə, N.Quliyevanı əmisinin evindən çıxarkən görüb, aldadıb aparıb və meyvə qurusu adı ilə çardağa çıxarıb, sonra "xlorofil"lə yatırıb və əl-qolunu, ağzını yapışqanla bağlayıb. Ancaq qızcığazın təcavüzə məruz qalmadığı da bildirilir.

Nəhayət, manyak ələ keçəcəyi qorxusundan 10 yaşlı qızcığazın başına küt alətlə (daşla) vura-vura qətlə yetirib. Sonra isə meyiti yandırmaqla izi itirmək qərarına gəlib.

İ.Süleymanovun istintaqda "professor kimi" davrandığı, izi itirmək üçün soyuqqanlı şəkildə ifadə verdiyi də iddialar arasındadır. Ancaq bu "soyuqqanlı", mədəni və savadlı imicli manyak peşəkar istintaqçıları aldatmağa nail olmayıb.

O, niyə meyiti basdırmadığı, yandırmağa qərar verməsinə də aydınlıq gətirib. Bildirib ki, polis itlərinin meyiti tapacağından və dəlil-sübut əldə edəcəyindən ehtiyat etdiyi üçün basdırmayıb və yandırıb.

Qeyd edək ki, ata-anası həyətdəki xidməti evdə yaşayır, İ.Süleymanovun cinayəti törətdiyi ev isə boş olub. Ata-anası da istintaqa ifadələrində onun tez-tez çardağa çıxmasının meyvə qurutması ilə bağlı olduğunu düşündüklərini və heç nədən şübhələnmədiklərini bildiriblər.

ABŞ və İran arasında gizli danışıqlar: "Generalın ölümündən bir neçə saat sonra" like
  • 11 Yan 10:21  
Dünya ABŞ və İran arasında gizli danışıqlar: "Generalın ölümündən bir neçə saat sonra"

ABŞ və İran arasında İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə gizli

arrow Ətraflı
Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub (FOTO/VİDEO) like
  • 11 Yan 10:21  
Digərləri Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub (FOTO/VİDEO)

Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti anbarların açılışın

arrow Ətraflı
Həsən Ruhani: "İranın hava müdafiə sistemindəki çatışmazlıqlar aradan qaldırılmalıdır" like
  • 11 Yan 10:16  
Dünya Həsən Ruhani: "İranın hava müdafiə sistemindəki çatışmazlıqlar aradan qaldırılmalıdır"

İran prezidenti Həsən Ruhani ölkənin hava müdafiə sistemindəki çatışm

arrow Ətraflı
Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub - VİDEO like
  • 11 Yan 10:14  
Siyasət Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub - VİDEO

Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlar

arrow Ətraflı
Xaçmaz sakinindən marixuana götürülüb like
  • 11 Yan 10:12  
Sosial Xaçmaz sakinindən marixuana götürülüb

Xaçmaz sakinindən&marixuana götürülüb.

arrow Ətraflı
Məhəmməd Cavad Zərif: Təyyarə qəzasına insan amili səbəb olub like
  • 11 Yan 10:10  
Digərləri Məhəmməd Cavad Zərif: Təyyarə qəzasına insan amili səbəb olub

Yanvarın 8-də İran ərazisində Ukrayna təyyarəsinin qəzasının səbəbi

arrow Ətraflı
Bəzi yerlərdə yağış və qar yağacaq like
  • 11 Yan 10:10  
Digərləri Bəzi yerlərdə yağış və qar yağacaq

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Şirkətin pulunu mənimsəyən şəxs bilərəkdən polisə yalan məlumat verib like
  • 11 Yan 10:08  
Sosial Şirkətin pulunu mənimsəyən şəxs bilərəkdən polisə yalan məlumat verib

Şəkidə polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.

arrow Ətraflı
Cəbhədən YENİ XƏBƏR like
  • 11 Yan 10:04  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (11.01.2020) like
  • 11 Yan 10:00  
İqtisadiyyat Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (11.01.2020)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (11

arrow Ətraflı
Qəçrəşdə istirahət mərkəzində yanğın baş verib like
  • 11 Yan 09:59  
Digərləri Qəçrəşdə istirahət mərkəzində yanğın baş verib

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

arrow Ətraflı
Ukrayna təyyarəsinə dəyən mərminin qalıqları tapılıb  FOTO like
  • 11 Yan 09:59  
Dünya Ukrayna təyyarəsinə dəyən mərminin qalıqları tapılıb FOTO

İrandan Ukraynaya uçan təyyarəyə dəyən mərminin başlığı tapılıb.

arrow Ətraflı
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq like
  • 11 Yan 09:53  
Digərləri Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq

Bu gün Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri ilə bağlı sə

arrow Ətraflı
AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməyə kömək edəcək like
  • 11 Yan 09:50  
Digərləri AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməyə kömək edəcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir metod və mexanizmləri

arrow Ətraflı