Məhəmməd Cavad Zərif: Təyyarə qəzasına insan amili səbəb olub


Digərləri 11 Yan 2020 10:10:52 125 0

Məhəmməd Cavad Zərif: Təyyarə qəzasına insan amili səbəb olub

Yanvarın 8-də İran ərazisində Ukrayna təyyarəsinin qəzasının səbəbi insan amilidir

Bakı. Yanvarın 8-də İran ərazisində Ukrayna təyyarəsinin qəzasının səbəbi insan amilidir. Trend-in xüsusi müxbiri bildirib ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb. Nazir bildirib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının daxili araşdırmasına əsasən, ABŞ avantürizminin səbəb olduğu insan səhvi qəzaya gətirib çıxarıb: “Biz dərindən təəssüf edirik, xalqımızdan, qurbanların ailələrindən və digər zərər çəkmiş ölkələrdən üzr istəyirik, onlara başsağlığı veririk”.