Bakıda kommunal tipli yaşayış binasında yanğın olub


Digərləri 11 Yan 2020 09:48:00 149 0

Bakıda kommunal tipli yaşayış binasında yanğın olub

Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 27 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb