Avtobusda silahla gəzdiyi deyilən şəxsin kimliyi bilindi


Digərləri 10 Yan 2020 20:23:00 136 0

Avtobusda silahla gəzdiyi deyilən şəxsin kimliyi bilindi

Sosial şəbəkələrdə Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda üzərində odlu silahla hərəkət etdiyi iddia edilən şəxsin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən kimliyi müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsindən Son.az-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyən olunub. Baş İdarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hansı odlu silah yox, balıqçı aləti olması məlum olub.