Bu ölkə İranla uçuşları dayandırdı


Dünya 10 Yan 2020 20:18:00 134 0

Bu ölkə İranla uçuşları dayandırdı

İsveç Nəqliyyat Agentliyi təhlükəsizlik səbəbindən "İran Air" şirkətinə İsveçlə İran arasında birbaşa uçuşlar aparmasına icazə verilməsini dayandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında yazılıb:

"2020-ci il yanvarın 8-də Tehran aeroportunda ciddi insident baş verib. Vəziyyət ətrafında qeyri-müəyyənlik və təhlükəsizlik səbəbindən Nəqliyyat Agentliyi "İran Air" aviaşirkətinin uçuşlarına icazəni dayandırır. Bu o deməkdir ki, İran və İsveç arasında birbaşa uçuşlar müvəqqəti ləğv edilir".