Avtobusda odlu silahla hərəkət etdiyi deyilən şəxsin kimliyi müəyyənləşdirilib (FOTO)


Digərləri 10 Yan 2020 20:18:27 113 0

Avtobusda odlu silahla hərəkət etdiyi deyilən şəxsin kimliyi müəyyənləşdirilib (FOTO)

Bakıda 165 saylı sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsin kimliyi müəyyənləşdirilib.

Bakı. Bakıda 165 saylı sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsin kimliyi müəyyənləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Axtarış İdarəsi aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyənləşdirib. Baş idarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.