Ceniferin filmi məhkəməlik oldu


Digərləri 10 Yan 2020 19:56:00 147 0

Ceniferin filmi məhkəməlik oldu

Cenifer Lopezin keçən il baş rola çəkildiyi ''Hustlers'' filmi məhkəməlik olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, amerikalı müğənni və aktrisa Cenifer Lopezin keçən il ekranlaşdırılan ''Hustlers'' filmi 158 milyon dollar gəlir əldə edib. Aktrisa filmdəki performansına görə "Golden Globe" mükafatına namizəd göstərilmişdi.

Belə ki, çəkilən film keçmiş striptiz rəqqasəsi Samanta Barbasın həyatı haqqın olub. Samanta filmin onun həyatı ilə əlaqəsi olmadığını bildirərək filmi çəkən şirkəti məhkəməyə verib. O, icazəsi olmadan çəkilən filmə görə 40 milyon dollar təzminat tələb edib.