Nərminin əmisi açıqladı: “Qatilə başqaları da kömək edib”


Kriminal 10 Yan 2020 19:58:00 224 0

Nərminin əmisi açıqladı: “Qatilə başqaları da kömək edib”

Nərmini qətlə yetirən İlkin Süleymanova başqaları da kömək edib.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a Nərminin əmisi Lətif Quliyev deyib. O bildirib ki, hadisənin təfərrüatı barədə onlara tam məlumat verilməyib:

"İlkin Süleymanova başqaları da kömək edib. Sabah və yaxud biri gün daha geniş məlumat açıqlanacaq. Bizdə Nərminin dəqiq nə zaman və nə səbəbə öldürülüməsi, niyə yandırılması barədə məlumat yoxdur. Ancaq bildiriblər ki, İ.Süleymanovdan başqa şübhəlilər də var. Hazırda istintaq o istiqamətdə gedir".

Qeyd edək ki, bu gün Baş Prokurorluq və DİN birgə bəyanat yayaraq, Nərmin Quliyevanın qətlində şübhəli bilinən qonşusu İlkin Süleymanovun saxlanıldığını və onun qətli etiraf etdiyini açıqlayıb.