Oqtay Gülalıyev yenidən əməliyyat olunub


Digərləri 10 Yan 2020 20:01:32 135 0

Oqtay Gülalıyev yenidən əməliyyat olunub

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev deyib.

Onun sözlərinə görə, əməliyyat təxminən 3 saat davam edib:

"Həkimi Mehdi Sasaninin bildirdiyinə görə, şükürlər olsun ki, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq mayenin çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir.

Alahdan çox ümid edirik ki, edilən əməliyyat atamın hazırkı vəziyyətdən çıxmasına böyük bir təkan vermiş olar!"