Paytaxtda iki avtobus toqquşub


Digərləri 10 Yan 2020 19:51:00 140 0

Paytaxtda iki avtobus toqquşub

Xətai rayonu S.Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xətai rayonu S.Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu “Vətən Az” MMC-nin müvəqqəti istismarında olan 36 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu ilə toqquşub. Hadisə ilə bağlı izahatın alınması üçün hər iki daşıyıcı Agentliyə çağırılıb. Məlumat üçün bildirim ki, hər iki daşıyıcıya qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilib. Buna baxmayaraq mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində hər hansı bir təsirli tədbir görülməyib. Məlum yol nəqliyyat hadisəsinin baş verməsi də bu daşıyıcıların işinə məsuliyyətsiz yanaşmasının təzahürüdür.