Tanınmış aktyor 27 yaşında vəfat etdi


Digərləri 10 Yan 2020 19:30:00 126 0

Tanınmış aktyor 27 yaşında vəfat etdi

Avstraliya əsilli 27 yaşlı məşhur aktyor Harri Hains vəfat edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aktyorun anası oğlunun ölüm xəbərini sosial mediada yayımlayıb. O, oğlunun bir müddətdir narkotik aludəçisi olduğunu bildirib. Lakin aktyorun ölüm səbəbi hələlik dəqiq bilinmir.

Qeyd edək ki, Harri karyerasına Londonda model olaraq başlayıb. Amerikaya köçdükdən sonra isə aktyor kimi film və seriallara çəkilib.