“Onları son mənzildə də ayırmadım” Əməkdar artist canlı yayında atasının ölümündən


Şou-biznes 10 Yan 2020 19:00:00 163 0

“Onları son mənzildə də ayırmadım”  Əməkdar artist canlı yayında atasının ölümündən

ARB TV-nin efirində yayımlanan "Elgizlə izlə" verilişinin bugünkü buraxılışında əməkdar artist Yusif Mustafayevlə canlı bağlantı yaradılıb. Son.az bildirir ki, əməkdar artist anasının ili çıxmamış dünyasını dəyişən atasından söz açıb və kövrəlib: "Allah bütün ölənlərə rəhmət eləsin. Atam anamla bir-birlərinə ayrılmazlıqlarını sübut etdilər. Anamın ili çıxmamışdı, atam da dözmədi. Sözün həqiqi mənasında, dözmədi. Mən də apardım atamı anamın yanına dəfn etdim. Onları son mənzildə də ayırmadım. Sağ olsun dostlar, müğənni həmkarlar da gəlib başsağlığı verdilər. Müğənni dostum Baloğlan Əşrəfov gəldi, Elşad Qarayev də gəldi, Elçin Hüseynov gəldi, o, həm də mənim qayınımdı. Bütün həmkarlar hamısı burdadılar, sənətçi dostlarıma minnətdaram. Rayonlardan, bölgələrdən gəlib dəfndə iştirak etdilər. Minnətdaram ki, xalqım mənə belə dəyər verir".